Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Kriminal / Azərbaycanın bağlanmış banklarının əmlakı təsnifləşdirilir

Azərbaycanın bağlanmış banklarının əmlakı təsnifləşdirilir

Azərbaycanın ləğvetmə prosesində olan kommersiya banklarının əsas vəsaitlərinin satışı istiqamətində aparılan işlər açıqlanıb.

Bu barədə “Report” 11 bağlanmış bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADİF) istinadən xəbər verir.

Fondun açıqlamasında deyilir ki, ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışının qanunvericiliyə uyğun aparılması və bu istiqamətdə şəffaflığın təmin edilməsi məqsədi ilə ADİF-in Himayəçilik Şurasının 14 noyabr 2016-cı il tarixli qərarı ilə “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə Komissiyanın fəaliyyət Qaydalar”ı təsdiq edilib. Qaydalara uyğun olaraq, əsas vəsaitlərin qiymətləndirilməsi və satışının təşkil edilməsi üçün Komissiya yaradılıb. Hazırda ləğv prosesində olan bankların inventarizasiyası aparılmaqla satışa çıxarılacaq əmlaklar təsnifləşdirilir.

Fondun ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə Komissiyanın 27 dekabr 2016-cı il tarixli qərarı ilə (Protokol № 002) əsas vəsaitlərin bazar və likvid dəyərinin müəyyən edilməsi üçün əsas qiymətləndiricilər “MBA Ltd”, “Azintellektservis” və “Biləndər” MMC-lər, habelə yardımçı qiymətləndiricilər qismində “İVC Beynəlxalq Qiymətləndirmə Mərkəzi” və “Caspian Expert Group” MMC-lər seçilib.

Həmçinin oxuyun

Türkiyə 29 İŞİD üzvünü Azərcaycana deportasiya edəcək (FOTOLAR)

Hazırda Türkiyədə 948 İŞİD terrorçusu deportasiya edilməyi gözləyir. Qaynarinfo xəbər verir ki, həmin şəxslərdən 296-sı İraq, …

Bir cavab yazın