Ana səhifə / Şou Biznes / Azərbaycanın karate ustası evindəki partlayışdan öldü

Azərbaycanın karate ustası evindəki partlayışdan öldü

Sumqayıtda yaşayış evində partlayış olub.

APA-nın məlumatına görə, hadisə bir neçə gün əvvəl baş verib. Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Rövşən Xaliq oğlu Veysəlova məxsus evdə baş verən partlayışa qaz sızması səbəb olub. Nəticədə o özü, 1975-ci il təvəllüdlü həyat yoldaşı Dilarə Veysəlova və övladı Xaliq ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, R. Veysəlov bu gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, R. Veysəlov tanınmış idmançıdır. O karate üzrə qara kəmər ustası, əməkdar məşqçidir.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın