Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Kriminal / Azərbaycana 100 milyard dollar gələcək…

Azərbaycana 100 milyard dollar gələcək…

Neft qiyməti aşağı düşsə də, Azərbaycanda hələ də neft hasil edilir və Azərbaycan yenə də neft gəlirləri əldə edəcək.

Bu sözləri Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı forumda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, indiyə qədər rəhbərlik etdiyi qurumun neft-qaz satışından gəliri 120 milyard  dollar olub: “Yaxın 15-20 il ərzində isə Fonda bu sahədən daha 100 milyard dollar daxil olacağını gözləyirik”. 

Fond rəhbəri ölkə iqtisadiyyatının neftdən hələ də güclü asılılığının qaldığına işarə edərək deyib ki, Azərbaycanın neft sektoru müxtəlif dövlərdə ümumi daxili məhsulun (ÜDM) istehsal həcmində 40-50% paya malik olub.

Onun sözlərinə görə, bu ÜDM-i təmin edən isə ölkə üzrə işçi qüvvəsinin cəmi 1 faizdir.  “Bu statistik göstərici də göstərir ki, neft sektoru Azərbaycan dövlətinin gəlirlərini təmin etmk üçün mühüm olsa da, işsizliyin aradan qaldırılmasında cüzi əhəmiyyət kəsb edir. Odur ki, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi vacibdir. Amma neft istehsal edən ölkələrdə buna nail olmaq elə də asan deyil. İlk növbədə fiskal qayda müəyyən edilməlidir ki, neft gəlirlərinin necə xərclənməsi müəyyən edilsin. Hazırda hökumət daxilində bununla bağlı araşdırma gedir ki, makroiqtisadi sabitliyi təmin edə bilək”-Şahmar Mövsümov çıxışında bildirib. (Report.az-ın materialları əsasında)

Həmçinin oxuyun

Keçmiş deputat həbs oluna bilər – Vaxt verildi

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun əldə etdiyi xəbər görə, yaxın günlərdə keçmiş …

Bir cavab yazın