Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / AVP-26 yaş

AVP-26 yaş

Ana Vətən Partiyasının Mətbuat Xidmətinin rəhbəri Tünzalə İsmayılova təmsil olunduğu partiyanın 26 yaşı münasibəti ilə partiya üzvlərinə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Bu gün Ana Vətən Partiyasının yaradılmasının 26 ili tamam olur . Ana Vətən Partiyasının yaradılmasının 26 illiyi münasibəti ilə AVP üzvlərini və bütün siyasi həmfikirlərimizi səmimi-qəlbdən təbrik edir, xalqımızın daha xoşbəxt gələcəyi, ölkəmizin dünyanın inkişaf etmiş dövlətləri arasında nüfuzunun yüksəlməsi, doğma azərbaycanımızın daha da çiçəklənməsi naminə ictimai-siyasi fəaliyyətlərində nailiyyətlər, möhkəm can sağlığı, xoşbəxtlik, əzm və qətiyyət arzulayıram. Əminliklə deyə bilərəm ki, Ana Vətən Partiyasının daha da güclənməsi, yeni-yeni zəfərlərə imza atması, mütərəqqi qüvvələrin davamlı olaraq sıralarımızda sıx birləşməsi üçün var qüvvəmizilə çalışacayıq. Biz-bütün partiya fəalları adından bəyan edirik ki, xoşbəxt gələcəyimizin və qələbələrimizin təminatçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə daim birlikdəyik və yürütdüyü siyasəti dəstəkləyirik. Bir daha bütün anavətənçiləri təbrik edirəm!”

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın