Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Azərbaycan ofşor şirkətlərə nəzarəti gücləndirir

Azərbaycan ofşor şirkətlərə nəzarəti gücləndirir

Azərbaycan hökuməti ofşor zonalarda ölkəmizlə bağlı şirkətlərə nəzarəti gücləndirəcək. Bu barədə Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini İlkin Vəliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda Azərbaycanla bir sıra ölkələr arasında əməkdaşlığa dair beynəlxalq sazişlər mövcuddur və onların sayının daha da artırılması nəzərdə tutulub: “Biz digər ölkələrə onlarla bağlı müəssisələr barədə məlumatlar veririk. Eyni zamanda, qarşılıqlı olaraq həmin ölkələrdən Azərbaycanla bağlı şirkətlər barədə məlumatları alırıq. Bu cür beynəlxalq müqavilələrin çərçivəsinin genişləndirilməsi planlaşdırır və bu, bizə ofşor zonalarda Azərbaycanla bağlı şirkətlərə nəzarəti gücləndirməyə imkan verəcək”. “Report”

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın