Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Vərəmə yoluxanların sayı azalıb

Vərəmə yoluxanların sayı azalıb

“Son illər Azərbaycanda vərəmlə xəstələnmə səviyyəsi azalıb”.

AzVision.az xəbər verir ki, bunu Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova bildirib. Onun sözlərinə görə buna səbəb müalicə effektivliyinin yüksəlməsi, xəstə kontingentin əhəmiyyətli dərəcədə azalması tendensiyasıdır:

“Səhiyyə nazirliyinin Milli Vərəm Proqramı çərçivəsində ETACXİ-nun nəzarəti altında respublikada epidemiloji vəziyyəti xarakterizə edən vərəm xəstəliyinə dair statistik göstəricilər toplanaraq analiz olunur. Belə ki, son 5 ildə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər (2010 ildə 100 000 əhaliyə 53,5-dən 2014 ildə 100 000 əhaliyə 41,3-yə dək azalma) müşahidə olunur. Bu da öz növbəsində vərəm üzrə işin yaxşı təşkilindən xəbər verir.

Epidemioloji vəziyyəti xarakterizə edən əlavə gostəricilərdən biri də ilkin aşkar olunmuş vərəmli xəstələr arasında ayri-ayri kliniki formalar üzrə xəstələnmədir. Ağ ciyər vərəminin strukturuna nəzər salsaq, ümumilikdə ölkə üzrə ocaqlı (erkən) vərəm formalaranın artması, infiltrativ vərəm formalarının azalması, gecikmiş, yayılmış vərəm formalarının sayında isə stabilləşmə müşahidə olunur. Bu da öz növbəsində əhalinin, əsasən də risk qruplarının aktiv aşkarlanma üsullarına aktiv cəlb olunması, erkən aşkarlanmanın yaxşı aparılması ilə əlaqədardır”.

O, əlavə edib ki, epidemioloji prosesin gedişini təyin etmək üçün cari ildə ilkin xəstələr arasında 0-14 və 15-17 yaş qruplarında xəstələnən uşaqların payı hesablanılır: “Son illər ərzində uşaqlar və yeniyetmələr arasında xəstələnmənin azalması (21,45-dən 14,3-dək ) müşahidə olunur. Bu birtərəfli tendensiya ölkədə ümumilikdə epidemioloji proseslərin stabilləşməsini göstərir”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın