Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Ən ucuz kredit Naxçıvanda verilir

Ən ucuz kredit Naxçıvanda verilir

Bu ilin yanvar-iyul aylarının yekunlarına görə, Azərbaycan banklarının ayırdığı kreditlərin orta illik faiz dərəcəsi 13,4% olub. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Qurumun açıqlamasına görə, manatla kreditlər orta hesabla 13,5%-lə, xarici valyutada kreditlər isə 12,4%-lə verilib.

Ölkədə ən bahalı kreditlər həmişəki kimi cənub bölgəsində – Lənkəran iqtisadi rayonunda ayrılır – illik 24%-lə. Faiz dərəcəsinə görə növbəti yerlərdə Dağlıq Şirvan (23%) və Aran (22,9%) iqtisadi bölgələri dayanır.

Kreditlərin orta illik faiz dərəcəsi Şəki-Zaqatalada 22,1%, Quba-Xaçmazda 20,7%, Yuxarı Qarabağda 19,6%, Gəncə-Qazaxda 19,5%, Abşeronda 19,1%, Kəlbəcər-Laçında 17%-dir. Azərbaycanda ən ucuz kreditləri isə Bakıda və Naxçıvanda yaşayanlar alıb – müvafiq olaraq illik 12% və isə 13,8%-lə.

 

 Regionun adı Kreditlərin orta illik faiz dərəcəsi
2015-ci ilin əvvəli  2015-ci ilin 6 ayı  2015-ci ilin 7 ayı
Azərbaycan 13,7% 13,3% 13,4%
Bakı 12,3% 11,8% 12,0%
Abşeron 18,3% 19,4% 19,1%
Aran 21,3% 23,0% 22,9%
Dağlıq Şirvan 23,2% 23,3% 23,0%
Gəncə-Qazax 21,7% 19,7% 19,5%
Quba-Xaçmaz 20,1% 20,8% 20,7%
Lənkəran 22,9% 24,1% 24,0%
Şəki-Zaqatala 21,1% 22,0% 22,1%
Yuxarı Qarabağ 20,8% 19,6% 19,6%
Kəlbəcər-Laçın 25,6% 19,9% 17,0%
Naxçıvan 13,8% 14,5% 13,8%

Mərkəzi Bank bildirir ki,  2014-cü ilin yekunları müqayisədə son 7 ayda kreditlər orta hesabla 0,3% ucuzlaşıb. Ayrı-ayrı regionlara gəlincə, 5 bölgədə kreditlər bahalaşıb, 5 bölgədə isə ucuzlaşıb. Ən böyük azalma Kəlbəcər-Laçın bölgəsində qeydə alınıb. Burada kreditlərin illik faiz dərəcəsi 8,6% aşağı düşüb. Ucuzlaşma Bakıda 0,3%, Dağlıq Şirvanda 0,2%, Gəncə-Qazaxda 2,2%, Yuxarı Qarabağda 1,2% olub.

Bəzi regionlarda isə kreditlərin orta illik faiz dərəcəsi artıb. Məsələn, bahalaşma Abşeronda 0,8%, Aranda 1,6%, Quba-Xaçmazda 0,6%, Lənkəranda 1,1%, Şəki-Zaqatalada 1%-dir. Naxçıvanda isə faiz göstəricisi sabit qalıb – 13,8%.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın