Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Gülər Əhmədova: “Jurnalistlərdən özümə qarşı qisasçılıq gördüm”

Gülər Əhmədova: “Jurnalistlərdən özümə qarşı qisasçılıq gördüm”

“Noyabr ayında keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyimi verməmişəm. Bir sözlə, deputat olmaq üçün seçkilərə qatılmayacam”.

Doğruxeber.com xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında sabiq deputat Gülər Əhmədova deyib.

O, parlamentdə təmsil olunan deputatların yaş fərqilə bağlı səslənən məsələyə də münasibət bildirib: “Düşünürəm ki, parlamentdə təmsil olunan insanların istər gənc, istərsə də yaşlı olmasının o qədər də önəmi yoxdur. Parlamentdə təmsil olunan dəyərli şəxslərin gənc, yaxud da yaşlı olması diqqət çəkməməlidir. Əsas meyar intellektli olmaq və vətənə, dövlətçiliyə bağlılıqdır”.

Gülər Əhmədova vaxtilə haqqında mətbuatda yazılanlar barədə də danışıb:

“Deputat olduğum dönəmlərdə həmişə jurnalistləri özümə dost hesab etmişəm. Lakin həyatımın məsuliyyətli dövründə jurnalistlərdən özümə qarşı qisasçılıq gördüm. Əlbəttə ki, bu, bütün jurnalistlərə aid deyil. Artıq bunların hamısı tarixdir. Bu barədə danışmağa dəyməz. Əsas olan odur ki, dövlətimiz, müstəqilliyimiz var olsun!. Bu qədər!”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın