Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / Tərcümə Mərkəzindən “Mir” telekanalına ciddi etiraz: “Bu addım kanalınıza şərəf gətirmir”

Tərcümə Mərkəzindən “Mir” telekanalına ciddi etiraz: “Bu addım kanalınıza şərəf gətirmir”

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi “Mir” telekanalının direktoru xanım Yekaterina Abramovaya və “Mir” DTRŞ-nin Azərbaycan Respublikasındakı Milli Nümayəndəliyinin direktoru cənab İlqar Paşazadəyə etiraz məktubu ünvanlayıb. Məktubda deyilir:

“Hörmətli Yekaterina Abramovna,

23.11.2015-ci il tarixində “Mir” televiziya kanalının “180 минут новостей на завтрак” proqramında dünyanın ən gözəl metrostansiyası kimi təqdim olunan Bakının “Nizami” metrostansiyasının “dahi fars şairi Nizami Gəncəvinin adını daşıyan metrostansiyası”, stansiyanın arxitektoru – Azərbaycanın Xalq Memarı Mikayıl Hüseynovun isə, “görkəmli sovet memarı” kimi təqdim olunması, kanalın Azərbaycana, onun milli-mədəni tarixinə sayğısızlığının bariz nümunəsidir.

Məlumat üçün bildiririk ki, Nizami Gəncəvi 1141-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olmuş, bütün ömrünü burda yaşayaraq, yazıb-yaratmış, 1209-cu ildə orada da vəfat etmişdir. Əsərləri ilə dünyada dahi Azərbaycan şairi kimi tanınır. Həmçinin, verilişdə “sovet memarı” kimi təqdim olunan Mikayıl Hüseynov – tanınmış Azərbaycan memarıdır.

Məlumat mətnində “Azərbaycan” adının bu sayaq “səliqə ilə” ört-basdır edilməsi, “Мир” (Dünya) adını daşıyan kanalınıza şərəf gətirmir. Deyilənlərin nəzərə alınmasını, xəbərə dair adıçəkilən verilişdə təkzib verilməsini zəruri hesab edirik”.

Məktuba, həmçinin, Nizami Gəncəvi barədə qısa biblioqrafik məlumat da əlavə edilib.

moderator.az

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın