Şənbə , Aprel 27 2024
Ana səhifə / Köşə Yazarları / Jurnalistlərin mənzilləri özəlləşdirilir

Jurnalistlərin mənzilləri özəlləşdirilir

2013-cü ilin iyulun 22-də dövlət tərəfindənjurnalistlərə verilən mənzillər özəlləşdirilir.

Axar.az xəbər verir ki, bu barədə bina sakinlərindən biri – jurnalist Rey Kərimoğlu Feysbuk səhifəsində məlumat yayıb.

O qeyd edib ki, noyabrın 26-27-də ASAN Xidmətin səyyar xidmət avtomobili bu məqsədlə binaya gələcək:

“Bu həftənin 4-5-ci günləri ASAN Xidmətin səyyar xidmət avtomobili bu məqsədlə binamıza gələcək. Amma 4-5-ci günə qədər “Jurnalist evi” MMC-yə xidmət haqqı borcu olanlar borclarını ödəməlidirlər”.

Qeyd edək ki, 2013-cü ildə istifadəyə verilən 16 mərtəbəli binada 156 mənzil var.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın