Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Kərəm Həsənovun qəbul qrafiki – Komitədən açıqlama

Kərəm Həsənovun qəbul qrafiki – Komitədən açıqlama

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 27 noyabr 2015-ci il tarixində Göyçay rayonunda vətəndaş qəbulu keçiriləcək.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Göyçay, Ucar, Kürdəmir, Zərdab, İsmayıllı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır.
Vətəndaş qəbulu saat 11:00-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Komitə həmçinin sabah Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında “Torpaq münasibətlərinin tənzimlənməsində bir pəncərə: bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində optimal yanaşmalar” mövzusunda İşgüzar Forum keçirəcək. Məqsəd torpaq münasibətlərinin tənzimlənməsində Əmlak Məsələləri Dövlət Komitəsinin tətbiq etdiyi “bir pəncərə” prinsipinin mahiyyəti, bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaqdır. Eyni zamanda, bələdiyyə torpaqlarının mülkiyyətə, icarəyə və istifadəyə verilməsində komitə, bələdiyyələr və aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi və əmlak məsələlərinin həlli yollarının birgə müzakirəsidir.

Tədbirdə Komitənin Aparatı, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələri, eləcə də 30-a yaxın şəhər və rayon bələdiyyəsinin sədrləri iştirak edəcək.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın