Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / “Jurnalistlərin binası”ndakı mənzillərə “kupça” niyə verilmədi?

“Jurnalistlərin binası”ndakı mənzillərə “kupça” niyə verilmədi?

Ötən həftə, daha dəqiq desək noyabr ayının 24-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirmişdi ki, gələn həftədən “Jurnalistlər binası”ndakı mənzillərə çıxarışların verilməsinə başlanacaq. Bu barədə “Müvafiq sənədlər hazırlanacaq və “Kütləvi çıxarış” kampaniyası çərçivəsində çıxarışlar veriləcək.

“Jurnalistlərin binası”nda yaşayanlar da bu barədə xəbərdar olduqlarını təsdiq etdilər. Bildirilər ki, bununla bağlı onlara bütün komunal xərcləri ödəmək barədə tapşırıq verilib. Həmçinin vurğulanıb ki, mənzillərinin çıxarışlarının verilməsi ASAN səyyar xidməti tərəfindən həyata keçiriləcək. Ancaq həftənin sonuna az qalsa da “Jurnalistlərin binası”nda yaşayan jurnalistlərə hələ də mənzillərinin sənədləri verilməyib.

Moderator.az məsələyə aydınlıq gətirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsi ilə əlaqə saxlayıb. Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov yaxın vaxtlarda çıxarışların veriləcəyini bildirib: “Bu bir qədər vaxt aparan prosesdir. Biz o binada olmuşuq, ölçüb-biçmişik. Hazırda, sənədlərin hazırlanması prosesi gedir. Həmkarlarımız narahat olmasın. Yaxın vaxtlarda orada çıxarışların verilməsinə start veriləcək”. Q.Xəlilov onu da qeyd edib ki, çıxarışlar ASAN xidmət tərəfindən yox, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən veriləcək.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın