Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Nazirin bibisi nəvəsiyəm, bu gün çıxılmaz durumdayam”… – ŞİKAYƏT VAR

“Nazirin bibisi nəvəsiyəm, bu gün çıxılmaz durumdayam”… – ŞİKAYƏT VAR

“Ekspress” bankın Şirvan filialı səhiyyə naziri Oktay Şirəliyevin yaxın qohumu olan Nailə Oktay qızı Şirəliyevanın evini əlindən alır

İstiqlal.az-a ünvanladığı məktubda N.Şirəliyeva yazır ki, Şirvan şəhəri S.Zeynalov küçəsi bina 4, mənzil 28-i banka girov qoyub:

“Ötən ilin dekabr ayında “Ekspress” bankın Şirvan filialından yaşadığım evi girov qoymaqla 3 il müddətinə ayda 503 manat ödəməklə 13 min manat kredit götürdüm. 3 ay ay ödədim. Devalvasiyadan sonra ödəniş etməyə çətinliyim yarandı. Bankdan mənə dedilər ki, imkanın nəyə çatırsa o qədər ödəyin. Sonradan bildim ki, ödədiyim pulu cəriməyə çıxırlar. Bankın filial müdiri Adil müəllimə müraciət edərək xahiş etdim ki, kredit müddətimi uzadın, aylıq ödənişim azalsın və pulunuzu ödəyim. Müdir dedi mən sizə kömək edə bilməyəcəm. Məhkəməyə verib evinizi əlinizdən alacağıq.

Hazırda “Ekspress” bank evimi əlimdən almaq üçün hərəkətə keçib. Mənim atam Sovet ordusunda polkovnik rütbəli hərbi komandan işləyib. Uzun illər Rusiyada yaşamışıq. Səhiyyə nazirimiz Oktay Şirəliyevlə ata və ana tərəfdən qohumam. Nazirin bibisi nəvəsiyəm. Bu gün çıxılmaz durumdayam. Ölkə rəhbərliyindən xahiş edirəm ki, evimin əlimdən alınmasının qarşısnı alsın. Mən bankın pulunu ödəməkdən yayınmıram. Sadəcə şərtləri bir qədər yumşaltsınlar. Devalivasiya məni çətin duruma salıb. Ödəniş etməkdə çətinliklərim yaranıb”.

Qeyd edək ki, “Ekspess” bankın “Azərenerji” prezidenti Etibar Pirverdiyevə bağlılığı, ona məxsus olması haqda məlumatlar var.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın