Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / Amaşov: “Bəziləri şəxsi maraq üçün…”

Amaşov: “Bəziləri şəxsi maraq üçün…”

Bu gün Mətbuat Şurasının təşəbbüsü ilə “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda dəyirmi masa keçirilib.

 

Axar.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Şura sədri Əflatun Amaşov son günlərdə ölkə mediasında baş verən proseslərə toxunub. Onun sözlərinə görə, ölkədə baş verən son hadisələrdən sonra mediada həqiqətə uyğun olmayan məlumatlar yayılıb:

 

“Mətbuat Şurasının monitorinq qrupu araşdırmalar zamanı üç nüans müəyyən edib. Birincisi, imic xatirinə ayrı-ayrı informasiya orqanları məlumat alır və təsdiqi olmadan tirajlayır. İkincisi, bilərək və ya bilməyərəkdən ajiotaj yaradılır. Bunu bəzən bilərəkdən edirlər. Üçüncüsü isə hadisələr baş verir və ondan bir müddət sonra təkzib verilir.

 

MTN kimi bir qurumla bağlı hansı ölkədə hadisə baş versəydi, KİV-lərin diqqətindən yayınmazdı. Rabitə Nazirliyi və MTN-lə bağlı məsələlərdə ölkə mediası öz üzərinə düşən missiyanı uğurla yerinə yetirdi. Bəzi KİV-lər bundan üzü ağ çıxa bilmədilər. Çox təəssüf ki, bəzi mətbuat orqanları nazirliyin nümayəndələri ilə əlaqə saxlayır, onları görüşə dəvət edir. Bu, əlbəttə ictimaiyyəti maraqlandıran məsələlərin çözümü ilə bağlı yox, şəxsi maraqlar üçündür. Bir sıra saytlar var ki, onlar məhz bu məqamlarda aktivləşirlər və yoxlanmamış materialları tirajlayırlar”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın