Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Terrorçuların girov götürdüyü oteldə atışma gedir

Terrorçuların girov götürdüyü oteldə atışma gedir

Malinin paytaxtındakı “Radisson Blu” otelində girov saxlanılan “Türk Hava Yolları” aviaşirkətinın 6 əməkdaşından 5-i azad edilib.

Virtualaz.org saytı xəbər verir ki, “Frans-24” agentliyi girovlardan 15-nin azad edilməsinə dair məlumat yayıb. Fransa KİV-ləri bildirir ki, terrorçular Qurandan bəzi parçaları oxuya bilənləri azad edib.

Girov götürülən şəxslər əsasən Çin, Türkiyə və Fransa vətəndaşlarıdır.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, silahlı hücum nəticəsində 3 nəfər həlak olub. Polis və təhlükəsizlik qüvvələri oteli mühasirəyə alıblar. Xüsusi təyinatlılar girovçulara hücum keçib. Otel binasında atışma gedir.

*   *   *14:21

Silahlılar Malinin paytaxtı Bamakonun mərkəzində yerləşən “Radisson Blu” otelinə hücum edib.

“Görünür, bu, girov götürmək cəhdi olub. Polis oradadır və ərazini bağlayır” – deyə təhülkəsizlik mənbələrindən “Reuters” xəbər agentliyinə bildirilib.

Şahidlərin sözlərinə görə, 190 yerlik otelin kənarından avtomat səslərini eşitmək mümkün olub.

BBC müxbiri Abdourahmane Dia bildirib ki, otel Malidə işləyən xaricilər arasında populyardır.

Avqust ayında Malinin Sevare şəhərində yerləşən otelin mühasirəsi zamanı şübhəli islamçı silahlılar 13 nəfəri öldürmüşdü. Onlardan 5 nəfəri BMT işçisi olub.

Bamako şəhərində ABŞ səfirliyi “Radisson Blu” otelində hərbçilərin iştirakı ilə silahlı əməliyyatın başlandığı barədə xəbərdar olduğunu Tvitter səhifəsində bildirib.

ABŞ vətəndaşlarına sığınacaqlarda qalmaq və ailələri ilə əlaqə yaratmaq məsləhət görülüb.

“Hadisə 7-ci mərtəbədə baş verib, cihadçılar dəhlizi atəşə tuturlar” – deyə təhlükəsizlik strukturlarındakı mənbə AFP agentliyinə bildirib.

Şahidlərin sözlərinə görə, polis oteli mühasirəyə alıb, otelə aparan yolları bağlayıb.

Mehmanxanın sahibi olan “The Rezidor Hotel Group” şirkəti girovların götürülməsi hadisəsindən xəbərdar olduğunu bildirib.

“Bizim məlumatımıza görə, iki şəxs 140 qonağı və 30 işçini içəridə girov saxlayır” – AFP mehmanxanaya sahiblik edən şirkətin dediklərindən sitat gətirib.

Malidə təhlükəsizliyə nəzarət etmək səlahiyyətləri 2013-cü ilin iyul ayından başlayaraq Fransa qoşunlarından BMT qüvvələrinə keçib (BBC).

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın