Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Köşə Yazarları / “Veysəloğlu” şirkəti jurnalistlər üçün müsabiqə elan etdi – ŞƏRTLƏR

“Veysəloğlu” şirkəti jurnalistlər üçün müsabiqə elan etdi – ŞƏRTLƏR

“Veysəloğlu” Şirkətlər Qrupu Azərbaycan Mətbuat Şurası ilə birgə “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün yazı müsabiqəsi keçirir.
I. Müsabiqənin istiqamətləri
Müsabiqədə istiqamətləndirici mövzular aşağıdakılardır:
Yerli istehsal və ixracatın stimullaşdırılması;
Pərakəndə ticarət: mövcud durum, problemlər və perspektivlər;
Yerli şirkətlər və korporativ sosial məsuliyyət;
Azərbaycanda onlayn ticarət: reallıqlar və perspektivlər;
Yerli şirkətlərin Azərbaycanın qida təhlükəsizliyində rolu.
II. Mükafatlandırma
I yer (1 nəfər) – 1000 manat;
II yer (2 nəfər) – 500 manat;
III yer (3 nəfər) – 300 manat.
Həvəsləndirici mükafat – 10 nəfər – 100 manat

Müsabiqə qaliblərinin adları 22 iyul Milli Mətbuat Günü ərəfəsində açıqlanacaqdır.

III. Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;
Mövzunu dolğun əhatə etmə səviyyəsi;
Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti;
İfadə vasitələrinin zənginliyi;
Oxucu üçün informasiyalılıq dərəcəsi;
Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə.

Müsabiqəyə 2017-ci ilin iyunun 1-dən iyulun 1-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;
Yazıda “Azərbaycan Mətbuat Şurası və “Veysəloğlu” Şirkətlər Qrupunun “____” mövzusundakı müsabiqəsinə təqdim olunur” qeydi olmalıdır.
Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.

Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də
verilməlidir.

Həmçinin oxuyun

“Belə getsə, Şuşada “son zəng” çaldırmağımız “Sur düdüyü”nə qalacaq…”

Min illərlə yanan “Yanardağ”ı olan qədim atəşpərəstlər yurdu 25 ildir  atəşkəsə əməl edib Qarabağ üçün …

Bir cavab yazın