Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var – VİDEO

Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var – VİDEO

Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Heydər Əliyev prospektində 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza zamanı “Lexus” markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman eyni istiqamətdə hərəkət edən “Volkswagen” markalı avtomobilə çırpılıb. Sonuncu avtomobil yolun əks tərəfi ilə hərəkət edən “Hyundai” markalı avtomobilə çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alıb.

Şahidlərin dediyinə görə, hadisədən sonra sürücülər arasında əlbəyaxa dava olub. Nəticədə 26 yaşlı Hüseynov Turab Mehdi oğlu döyülüb.

Yaralıların hamısı xəstəxanalara yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın