Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Jurnalist Əfqan Muxtarlıya qarşı əlavə ittiham irəli sürüldü – Rəsmi

Jurnalist Əfqan Muxtarlıya qarşı əlavə ittiham irəli sürüldü – Rəsmi

Jurnalist Əfqan Muxtarlıya qarşı əlavə ittiham irəli sürülüb.
APA-nın xəbərinə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, Ə. Muxtarlıya qarşı əlavə olaraq Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham elan edilib.
 Qeyd edək ki, Ə. Muxtarlı dövlət sərhədini qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham olunur. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Ə. Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkar edilərək götürülüb.
Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206-cı (Qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülmüşdü.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın