Çərşənbə , İyul 17 2019
Ana səhifə / Köşə Yazarları / Mətbuat Şurası jurnalistlərə yeni gödəkcə payladı

Mətbuat Şurası jurnalistlərə yeni gödəkcə payladı

Bu gün Mətbuat Şurasında jurnalistlər üçün yeni təhlükəsizlik gödəkcələri paylandı. Tədbirdə iştirak edən musavat.com saytının əməkdaşı xəbər verir ki, MŞ sədri Əflatun Amaşov media kapitanlarının və jurnalistlərin iştirakı ilə yeni gödəkcə barədə məlumat verdi. 
 
Dedi ki, MŞ ilə Daxili İşlər Nazirliyi uzun müddətdir ki, layihə həyata keçirir: “Küçə aksiyaları zamanı monitorinqlər aparmaq üçün qruplar yaradılır. Ayrı-ayrı redaksiyalarda çalışan jurnalistlər də aksiyaları işıqlandırırlar. Bu zaman onların fəaliyyətini və təhlükəsizliyini təmin etmək üçün qrupun üzvləri orda olur. Məqsəd elə olur ki, jurnalistlər orda olanda heç bir problem yaranmasın. Təhlükəsizlik gödəkcələri də buna xidmət edir”.
Ə.Amaşov dedi ki, bu dəfə üçün 300 gödəkcə hazırlanıb və hər redaksiyaya, onların küçə aksiyalarına münasibət dərəcəsinə görə, gödəkcələr paylanacaq: “Aktiv redaksiyalara daha çox verəcəyik. Bu günkü tədbir gödəkcələrin ilk partiyası barədə məlumat vermə xarakteri daşıyırdı. Ümumilikdə bu gün hər redaksiyaya bir ədəd gödəkcə paylanacaq”.


Həmçinin oxuyun

Avropalaşan Naxçıvan- Ədib İSAQOĞLU

Bir nəfər müsavatçı tanışımın Naxçıvan haqqında məlumatsızlığı, məni bu yazını yazmağa vadar etdi. Tanışımın mənə …

Bir cavab yazın