Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / 3 uşağın zəhərləndiyi KFC restoranı niyə yoxlanılmır?

3 uşağın zəhərləndiyi KFC restoranı niyə yoxlanılmır?

“KFC-də zəhərlənən uşaqlarla bağlı apardığımız araşdırmaların nəticələrini Azərbaycan Dəmir Yolu QSC-yə göndərmişik”.
Bu sözləri AzToday.az-a açıqlamasında Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildiridi. Onun sözlərinə görə, KFC restoranın yerləşdiyi ərazi Dəmir Yolu ASC-nin ərazisi olduğu üçün orada yoxlama aparmaq səlahiyyətləri yoxdur. Dəmir Yolu ACS-yə artıq müraciət emişik. Dəmir Yolunun müvafiq qurumu tədbirlər görməlidir”.
İmran Abdullayev KFC-də zəhərlənən uşaqların səhhətinin yaxşılığa doğru irəlilədiyini də sölərinə əlavə etdi:

“Zəhərlənən uşaqlardan birinin valideyni bizə müraciət edərək, uşaqların məhz KFC-də qidalanandan sonra zəhərləndiyini deyib. Sentyabrın 14-də 3 uşaq – Mirzəzadə Rəfael (4 yaş), Elgün Həsənzadə (10 yaş), Mövlanə Bayramlı (7 yaş) Nəsimi rayonu ərazisində yerləşən KFC-də qidalanıblar. Onlar ishal və qusma ilə sentyabrın 15-də 1 nömrəli infeksion xəstəliklər şöbəsinə yerləşdirilib. Rəfael Mirzəzadəyə qastroenterit diaqnozu qoyulub. Onun mədəsi yuyulub və xəstəxanada saxlanılıb. Digər uşaqların ailələri isə xəstəxanada saxlanmasını istəməyiblər. Lakin ayın 17-də digər iki uşağın da vəziyyəti pisləşib və onlar təkrar xəstəxanaya yerləşdirilib. Xəstələrin qusma və ishal nümunələrindən aparılan laborator müayinələr nəticəsində klipsella bakteriyaları aşkarlanıb. Hazırda uşaqlar xəstəxanadadır”.
İ.Abdullayev onu da vurğuladı ki, bu bakteriya qidadan keçir və onun aşkarlanması uşaqların məhz qidadan zəhərləndiyini sübut edir: “Eyni qidadan 100 nəfər yesin, ancaq onlardan bir neçəsi zəhərlənsin. Bir nəfər zəhərlənsəydi, bu zaman qida faktorunu inkar etmək olardı. Lakin 3 nəfər eyni vaxtda, eyni qidanı qəbul edirsə, onlarda bu bakteriya aşkarlanırsa, bu, həmin şəxslərin məhz qidadan zəhərləndiyini göstərir”.
Qeyd edək ki, xəbər mətbuatda yayılan gün KFC şirkətindən verilən məlumatda fakt təsdiqlənmiş və araşdırılıb məlumat yayılacağı deyilmişdi. Daha sonra restoran rəhbərliyi məsuliyyəti üzərindən atmağa başlayıb.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın