Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / Jurnalistin iddiası təmin edilməyib – MEDİA

Jurnalistin iddiası təmin edilməyib – MEDİA

Araşdırmaçı jurnalist Aynur İmranovanın Dövlət Gömrük Komitəsinə qarşı iddiası təmin edilməyib.

Aynur İmranovanın Moderator.az-a verdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkməsinin dünən keçirilən iclasında onun Dövlət Gömrük Komitəsi ilə bağlı qaldırdığı iddiaya baxılıb və iddia təmin olunmayıb.

Jurnalist deyib ki, iclas zamanı video çəkilşlərin məhkəməyə təqdim edilməsi ilə bağlı vəsatətə də baxılmayıb.

Aynur İmranova Ali Məhkəməyə müraciət etmək fikirndədir: “İddiam bu intansiyada da təmin olunmasa Avropa Məhkəməsinə müraciət edəcəm”.

Aynur İmranovanın sözlərinə görə, 15 oktyabr 2015-ci ildə Qırmız Körpü Sərhəd keçid məntəqəsində məhkəmə qərarı olmadan şəxsi baxışa (soyundurularaq yoxlamaya) məruz qalıb. Bunu qanun pozuntusu hesab etdiyindən Gömrük Komitəsini məhkəməyə verib. Proses öncə Bakıda-1 saylı İnzibati İqtisad Məhkəməsində 6 aya yaxın davam edib.

Sonra hakim qərar qəbul edib ki, işə Gəncə İnzibati İqtisadi Məhkəməsi baxmalıdır. Gəncə İnzibati İqtisadi Məhkəməsi iddianı təmin etməyib.

Jurnalist bildirir ki sanki onun işini bilərəkdən uzatmaq istəyirlər.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın