Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Ali təhsil müəssisələrinə qəbul qaydaları dəyişdi

Ali təhsil müəssisələrinə qəbul qaydaları dəyişdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları”nda dəyişikliklər edilməsi haqqında qərar verib.

Dəyişiklik ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslarla bağlıdır.

Dəyişikliyə əsasən “Dizayn (memarlıq və dizayn istiqaməti)” ixtisası I ixtisas qrupundan çıxarılaraq V ixtisas qrupuna əlavə edilib.

“Geodeziya və xəritəçilik mühəndisliyi” və “ Yer quruluşu, torpaq və şəhər kadastrı” ixtisasları isə II ixtisas qrupu sütunundan çıxarılaraq I ixtisas qrupuna əlavə edilib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın