Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Köşə Yazarları / Daha bir jurnalist seçkilərə qatılır, amma…

Daha bir jurnalist seçkilərə qatılır, amma…

Azinforum.az xəbər verir ki, bəzi KİV-lərdə  “Xalqxeber.Az” saytının baş redaktoru Peyman Sadıqovun parlament seçkilərində iştirak edəcəyilə bağlı xəbər tirajlanıb. Məlumatı dəqiqləşdirmək üçün jurnalistin özü ilə əlaqə saxladıq. O, Azinforum.az-a bildirdi ki, parlament seçkilərində iştirakla bağlı qərar verib: “Daima Şirvanda sosial problemlərlə maraqlanmışam və çatışmamazlıqların aradan qaldırılması istiqamətində əlimdən gələni əsirgəməmişəm. Şirvanda şəhid ailələrinin, Qarabağ əlillərinin xüsusilə də, məcburi köçkünlərin bütün çətinliklərində yanında olmaqla yanaşı, onların sosial problemlərinin həll olunmasına köməklik göstərmişəm. İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm. Çalışmışam ki, hamının işinə yarayım. Deputat seçilsəm xalqa, seçicilərimə xidmət göstərmək üçün daha çox səlahiyyətim olacaq”.

Azinforum.az xatırladır ki, sözügedən jurnalist bundan əvvəl mətbuata açıqlamasında bildirib ki, doğma şəhəri olan Şirvana gedə bilmir. O, bunun səbəbini Şirvanın icra başçısı Mərdan Camalov tərəfindən qoyulan qeyri-rəsmi qadağa ilə izah edib. Jurnalist həmçinin açıqlamalarında qeyd edib ki, onu xüsusi ittiham qaydasında iki məhkəmə prosesinə cəlb ediblər. Həmkarımızın gəldiyi qənaətə görə, hər iki iddianın arxasında Mərdan Camalov durur. İndi maraqlıdır, hazırki şəraitdə Şirvana gedə bilməyən jurnalist, oradakı seçki kampaniyasını necə aparacaq?

Şirvan Şəhər İcra Hakimiyyətinin məsələyə dair münasibətini dinləməyə hazırıq.

Vidadi,

Azinforum.az

Həmçinin oxuyun

Nədir 40 yaş?- Günel MÖVLUD

Sevirsən, amma daha sevgi əzabı çəkmirsən. Darıxırsan, amma içəndə ona zəng eləmirsən. Kiməsə hirslənirsən, amma …

Bir cavab yazın