Ana səhifə / Siyasət / 100 saylı avtobusda baş verən yanğına görə “Transqeyt” şirkəti cavabdehlik daşıyır – NİİM

100 saylı avtobusda baş verən yanğına görə “Transqeyt” şirkəti cavabdehlik daşıyır – NİİM

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) avqustun 29-da Heydər Əliyev prospektində “Transqeyt” şirkətinə məxsus 100 nömrəli marşrut avtobusunda baş verən yanğınla əlaqədar açıqlama yayıb.

NİİM-dən “APA-Economics”ə verilən məlumata görə, yanğına marşrut avtobusunun akkumulyatorunda yaranmış texniki nasazlıq səbəb olub: “Yanğın başlamamış avtobusdakı 6 nəfər sərnişin dərhal evakuasiya edilib. Yanğın söndürülüb və xəsarət alan yoxdur.

Baş vermiş hadisə ilə əlaqədar Nəqliyyat Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri hadisə yerindədirlər və faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, baş vermiş hadisəyə görə “Transqeyt” şirkəti cavabdehlik daşıyır və araşdırmalardan sonra dərhal müvafiq cəza tədbirləri görüləcək”.

 

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın