Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Köşə Yazarları / “Azərbaycanda “Facebook” bağlanmalıdır…”Amaşovdan çağırış

“Azərbaycanda “Facebook” bağlanmalıdır…”Amaşovdan çağırış

“Prezidentin jurnalistlərin mükafatlandırılması ilə bağlı sərəncamından sonra Mətbuat Şurasına 30 ərizə daxil olub”.

Bu sözləri MŞ sədri Əflatun Amaşov Əli Həsənovun media rəhbərləri ilə görüşü zamanı deyib. Mətbuat günündə hansı jurnalistlərin mükafatlandırılacağına gəlincə, Amaşov bildirib ki, burada müəyyən məhdudiyyətlər tətbiq edilməlidir: “İndiyə qədər 30 ərizə daxil olub. Bu gedişlə iyulun əvvəlinə kimi bu say 1000-i keçəcək. Buna görə də düşünürəm ki müyyyən parametrlər seçməliyik və məhdudiyyətlər tərbiq edilməlidir. Elə jurnalistlər var ki, 40-50 illik stajları var, lakin ərizə ilə müraciət etmirlər. Bəlkə, utanıb çəkinirlər. Biz bu insanları axtarıb tapmalıyıq.

Onun sözlərinə görə, mətbuat xidməti sahəsində çalışanlar da bu siyahıya daxil ediləcək.

Ə.Amaşov həmçinin son vaxtlar müəyyən qüvvələrin həm ölkə daxili, həm də ölkə xaricində anti Azərvaycan hərəkatı başlatdıqlarını vurğulayıb. O, belə məsələlərdə jurnalistlərin həmrəylik göstərdiklərini də qeyd edib.

Mətbuat şurasının sədri həmçinin bəzi sosial şəbəkələrdə yaradılan səhifələrə toxunub. O, “Ümummilli paz” adlanan bir facebook səhifəsində ölkənin bir neçə media kapitanlarının, siyasətçilərinin şəkillərinin yerləşdirildiyini və ünvanlarına təhqirmiz ifadələrin işlədildiyini deyib.

Amaşov əlavə edib ki, facebook rəhbərliyi həmin səhifələri bağlamalıdır. Bağlamasa, Azərbaycanda “facebook” bağlanmalıdır: “Bu cür səhifələrin bağlanması mümkün olmazsa, Azərbaycan facebook rəhbərliyi ilə danışıqlar aparmalıdır”(Qafqazinfo).

Həmçinin oxuyun

RUS DİLİ VƏ RUS BÖLMƏSİNDƏ TƏHSİL: faydalı olanı fəsadsız necə əldə etməli?

Yazmaq istəyirsən, fikirləşəndə ki, auditoriya elə də böyük deyil onda fikrindən daşınırsan. Rus dili ilə …

Bir cavab yazın