Şənbə , Avqust 15 2020
Ana səhifə / Köşə Yazarları / “ATV” telekanalının dublyaj etdiyi cizgi filmləri bu kanalda yayımlanacaq – Rəsmi açıqlama

“ATV” telekanalının dublyaj etdiyi cizgi filmləri bu kanalda yayımlanacaq – Rəsmi açıqlama

“ATV” telekanalının dublyaj etdiyi cizgi filmləri “ARB Günəş”in efirində yayımlanacaq.
Mia.az xəbər verir ki, bununla bağlı “ATV” telekanalından rəsmi açıqlama yayıb
“Biz balaca tamaşaçılarımız üçün çeşidli cizgi filmlərini dublyaj edirik. Bu məhsullar efir torumuzda geniş şəkildə yer alır. Lakin biz tematik telekanal olmadığımız üçün, efirmizdə məhsullarımızın yalnız bir hissəsinə yer verə bilirik. Bu səbəbdən, istehsal etdiyimiz məhsulların bir bölümünü “ARB Günəş” telekanalına hədiyyə edəcəyik. Azyaşlı tamaşaçılarımız məhsullarımızın bir hissəsini bir ildən artıqdır uğurlu fəaliyyəti ilə diqqət çəkən, uşaq telekanalı “ARB Günəş”in efirində izləyə biləcəklər”.
“ARB Günəş” televiziyasının rəsmi açıqlamasında “ATV”-nin bu addımı yüksək qiymətləndirilib:
“Bu addım bizim üçün çox xoş oldu. “ATV” telekanalının rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Bu bizim üçün olduqca sevindirici haldır. “ARB Media Qrup”un tərkibində fəaliyyət göstərən, ölkənin ilk uşaq telekanalı “ARB Günəş” 1 ildən çoxdur ki, azyaşlı tamaşaçılarımız üçün maraqlı telelayihələr və cizgi filmləri təqdim edir. Efir torumuzu daim yeniləyərək, balaca tamaşaçılarımızı sevindirməyə çalışırıq. Qısa müddət ərzində telekanalımız uşaqların sevimlisinə çevrilib. Lakin maliyyə imkanlarımız məhsullarımızın sayını daha da artırmağa hələ ki, imkan vermir. “ATV”-nin bu dəstəyi bizim üçün çox dəyərlidir. Bu təkcə bizə deyil, yüz minlərlə azyaşlı tamaşaçılara da bəxş olunan çox qiymətli hədiyyədir”.

Həmçinin oxuyun

Rusiya bölgədə böyük savaşa imkan verərmi?..

İnanın ki, biz qəti olaraq televizionçularımızı məyus etmək istəmirik, çünki bu sətirlərin müəllifinin də ən …

Bir cavab yazın