Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Metro və avtobuslarda gediş haqqı artırılır?

Metro və avtobuslarda gediş haqqı artırılır?

Bakı Metropolitenində və şəhərdaxili marşrut avtobuslarında gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət olunmayıb.

Bu barədə Trend-ə Tarif Şurasından məlumat verilib.

Şuradan bildiriblər ki, hazırda bu məsələnin müzakirəsi gündəmdə deyil.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də Trend-ə açıqlamasında təmsil etdiyi qurumun gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etmədiyini bildirib.

Xatırladaq ki, metroda gediş haqqının 30, marşrutlarda isə 40 qəpiyə qaldırılması ilə bağlı Tarif Şurasında müzakirələr aparılması barədə məlumat yayılıb.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın