Ana səhifə / Köşə Yazarları / ANS-ATV savaşı: şpaqatdan ürəkgetməyə… – Video

ANS-ATV savaşı: şpaqatdan ürəkgetməyə… – Video

ANS və ATV kanalları arasında yaranmış soyuq müharibənin alovu 16 mərtəbənin də boyunu aşdı. İki kanal arasındakı konfliktin tüstüsü yanğından sonra üzə çıxdı.

 

Əslində isə bu müharibənin kökü laaap (!) “qədim zamanlara” dayanır. Bunu aydın görmək üçün ikicə müqayisəyə diqqət yetirmək kifayətdir:

 

Bir neçə ay əvvəl şpaqataçma aksiyası başlamışdı. Mətanət Əliverdiyevanın “Gündəlik” verilişində şpaqat açması gündəmə Brüs Li zərbəsi kimi dəydi. Bir anda bütün mətbuat bu məsələyə yönəldi.

 

Bu hadisədən bir həftə sonra ANS-in “Günə Baxan” verilişində aktrisa Telli Hüseynova da şpaqat açdı. Aparıcı Elgiz də sosial şəbəkə istifadəçilərinə, mətbuat nümayəndələrinə səslənib, bunu yazmalı olduqlarına eyham vurdu. Məsələ artıq bəllidir.

 

Bu şpaqataçma əməliyyatı ANS və ATV-nin şillə-təpik davasına çıxmasının bariz nümunəsi idi. Hər iki kanalın rəqabətə başdan deyil, ayaqdan başlaması mübarizənin nə qədər qeyri-peşəkar aparıldığının sübutudur. Deyir, düşmən ayağa baxar… Ancaq bu da son deyil. Oğuz elinin görəcək günləri hələ qabaqdaymış.

 

Bir neçə gün əvvəl ATV kanalında yayımlanan “Öz aramızda” verilişində müğənni Rəqsanənin ürəyi getdi. Cəmi bir neçə saniyədən sonra oxşar hadisə ANS-in efirində də yaşandı: ATV-dəki “Səni axtarıram”ı ANS-ə “Xoşqədəmlə səni axtarıram”la daşıyan Xoşqədəm Hidayətqızının halı məlum verilişdə birdən-birə, qəflətən pisləşdi.

 

Yenə oxşar situasiya. Məncə, bu “şpaqataçma” və “ürəkgetmə” əməliyyatını hər iki kanalın, təxminən, eyni vaxtda həyata keçirməsi təsadüfi deyil.

 

İndi isə bu “əməliyyatlar” açıq döyüş xarakteri alıb. Aparıcılar arasında söz davası yaranıb. Hamısı da söyüş söyüb kənara çəkilir, sonra da deyir ki, o kimdir ki, mən ona fikir bildirim?! Yəni səviyyə söhbəti eləyirlər. Bunları başa salmaq lazımdır ki, ictimaiyyətdə təhqirə yol verən TV əməkdaşının səviyyədən danışması absurddur. Bu iki toplumun bir anda “Döyüş alnınıza yazılıb” əvəzinə “Söyüş dilimizə yazılıb” deməsi mənəviyyatın “reklamlara ayrılıq” anonsu idi.

 

Adam lap köhnə verilişlərin, hətta qədim “AzTV-lərin” ətəyindən yapışıb “Qayıdın daa, noolub sizə?!” demək istəyir.

 

Həmçinin oxuyun

Ateizmin təhsilə verdiyi fayda haqqında Finlandiya əfsanəsi

Bakıda Finlandiya deyəndə “yeyib-içən oğlanlar”ın ağlına birinci “Finlandiya” arağı gəlir. “Çox gəzən çox bilər” atalar sözünə …

Bir cavab yazın