Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyənin xarici işlər naziri: “Biz Niderlanda on qat artıq cavab verəcəyik”

Türkiyənin xarici işlər naziri: “Biz Niderlanda on qat artıq cavab verəcəyik”

“Niderland türk nazirlərin ölkəyə girişinə qadağa qoymaq qərarına görə cavab verəcək”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Niderland nə edir etsin, Türkiyə on dəfə artığını edəcək. Biz heç nədən çəkinmirik. Niderland siyasətçilərinin hərəkətləri insanlıqdan kənardır”, – deyə o əlavə edib.

Nazir qeyd edib ki, Niderland hakimiyyətinin Türkiyənin XİN rəhbərinin ölkəyə girişinə icazə verməməsi istənilən halda qəbuledilməzdir: “Lakin Niderlandın naziri (Ailə və sosial siyasət naziri Fatma Bətul Sayan Kaya) Türkiyənin Rotterdamdakı Baş konsulluğu binasına buraxmaması Avropa üçün utancvericidir. Və Ankara hər dəfə bu rüsvayçılığını Avropaya xatırladacaq”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın