Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Batumidə iğtişaş yatırıldı, yaralılar var – VİDEO

Batumidə iğtişaş yatırıldı, yaralılar var – VİDEO

Gürcüstanda polis əməkdaşları və xüsusi təyinatlılar sübh tezdən Batuminin Çavçavadze küçəsini gecə boyu iğtişaşlar törətmiş etirazçılardan təmizləyiblər.

“Sputnik Gürcüstan”ın verdiyi xəbərə görə, küçənin etirazçılardan təmizlənməsi əməliyyatı zamanı ciddi qarşıdurma baş verməyib.

Agentliyin məlumatına görə, xüsusi təyinatlılar əraziyə daxil olan kimi etirazçılar Çavçavadze küçəsini dərhal tərk etməyə başlayıblar. Rezin güllələrdən istifadə edən polis əməkdaşları saat 7.00-dək ərazini etirazçılardan tamamilə təmizləməyə müvəffəq olublar. Şəhərdə iğtişaş iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat davam etdirilir. Saxlanılanların sayı barədə məlumat verilmir.

Kommunal xidmətlərin küçədə bərpa və təmizlik işlərinə başladığı bildirilir. Dəymiş ziyanın həcmi müəyyənləşdirilir.

Yaxın saatlarda Batumi meriyası şəhərə dəyən ziyanı hesablayacaq. Hadisənin mərkəzində olan Çavçavadze küçəsində səkilər zədələnib, vitrinlər sındırılıb, hasarlar dağıdılıb, svetoforlar işləmir. Küçə boyu avtomobillərin yanmış qalıqları görünür.

İlkin məlumata görə, gecə iğtişaşları nəticəsində 30-dan çox insan zərər çəkib.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın