Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə daha bir terror aktı – 5 ölü, 2 yaralı (VİDEO)

Türkiyədə daha bir terror aktı – 5 ölü, 2 yaralı (VİDEO)

Türkiyədə daha bir terror aktı törədilib.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu dəfə hədəf Diyarbəkir vilayəti seçilib. Məlumata görə, hərbi maşın yolu keçərkən partlayış törədilib. Əldə düzəldilən partlayıcı qurğunun işə salınması nəticəsində yaralananlar olub.
Əraziyə təcili tibbi yardım maşınları cəlb edilib.
Baş verən terror aktı nəticəsində 5 əsgər şəhid olub, 2 əsgər isə yaralanıb. 
Məlumat üçün bildirək ki, dünən axşam Türkiyənin paytaxtı Ankarada dəhşətli terror aktı törədilib. Hadisə nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın