Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə daha 66 hakim və prokuror ədliyyə sistemindən xaric edilib

Türkiyədə daha 66 hakim və prokuror ədliyyə sistemindən xaric edilib

Türkiyədə daha 66 hakim və prokuror ədliyyə sistemindən xaric edilib.

NTV telekanalı xəbər verir ki, Hakim və Prokurorlar Ali Şurası (HSYK) bununla bağlı qərar qəbul edib.

Onlar Fətulahçı Terror Təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində sərəncama göndərilmişdilər.

Qeyd edək ki, HSYK bu il avqustun 24-də 2 847, sentyabrın 2-də isə 543 hakim və prokuroru öz peşəsindən kənarlaşdırıb. Bu qərardan sonra onların sayı 3 456 nəfərə çatıb.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın