Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / “Türkiyə hər an partlamağa hazır olan vulkandır” – General

“Türkiyə hər an partlamağa hazır olan vulkandır” – General

Rusiyanın Ankaradakı səfirinin qətlə yetirilməsi  ilk növbədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətinə qarşı yönəlib.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Misirin Dövlət Təhlükəsizliyinin sabiq nazir müavini, briqada generalı Fuad Allyam söyləyib.

“Bu ilk növbədə Rusiya ilə münasibətləri yüksək səviyyəyə çatdıran Ərdoğan rejiminə qarşı törədilib”,-deyə general vurğulayıb.

Onun sözlərinə görə, hücum həmçinin Türkiyə hakimiyyətinin bu yaxınlarda ordu, polis və xüsusi xidmət orqanlarının sıralarında təmizləmə aparması ilə əlaqəli ola bilər. Bu təmizləmə nəticəsində bir çox güc strukturlarında mövcud hakimiyyətə qarşı düşməncəsinə yanaşmalar var.

“Ərdoğanın orduya qarşı etdiklərindən sonra Türkiyə hər an partlamağa hazır olan vulkandır”, -deyə o bildirib.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın