Ana səhifə / İqtisadiyyat / Ruslar ən etibarlı tərəfdaş ölkəni açıqladılar – Sorğu

Ruslar ən etibarlı tərəfdaş ölkəni açıqladılar – Sorğu

Ruslar MDB ölkələri arasında Qazaxıstan və Belarusu daha stabil və uğurlu ölkə hesab edirlər.
Axar.az xəbər verir ki, bu nəticə Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Belə ki, respondentlərin 68%-i Belarusu, 51%-i isə Qazaxıstanı stabil və uğurlu ölkə hesab edir. Bu iki ölkədən sonrakı yeri Ermənistan (16%) və Özbəkistan (14%) tutur. Azərbaycan siyahıda beşinci yerdədir. Hazırlanan siyahıda sonuncu yeri Moldova (4%) və Ukrayna (2%) tutub.
Ruslar həmçinin Rusiya üçün beynəlxalq arenada ən etibarlı tərəfdaşın da adını müəyyənləşdiriblər. Belə ki, yenə də rusların fikrincə, ən etibarlı tərəfdaş ölkələr Belarus (66%) və Qazaxıstandır (55%). Növbəti yerləri isə Ermənistan (16%), Özbəkistan (10%), Azərbaycan (8%), Qırğızıstan (7%), Tacikistan (6%), Gürcüstan (5%), Moldova (5%), Türkmənistan (4%) və Ukrayna (2%) tutub.
Mərkəz həmçinin respondentlərə rusdilli əhalinin haqlarının ən yaxşı təmin olunduğu ölkələrin adlarını çəkməsini də istəyib. Nəticəyə əsasən, rusdilli əhalinin haqları ən yaxşı Belarus (69%) və Qazaxıstanda (38%) qorunur. Reytinqdə onlardan sonrakı yerlərdə Ermənistan (13%), Ukrayna (6%), Qırğızıstan (5%), Azərbaycan (5%), Moldova (5%), Özbəkistan (5%), Gürcüstan (4%), Tacikistan (4%) və Türkmənistan (2%) qərarlaşır.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın