Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / İqtisadiyyat / Türkiyə: çevriliş cəhdinə qarşı növbəti nümayiş keçirilir

Türkiyə: çevriliş cəhdinə qarşı növbəti nümayiş keçirilir

İstanbulda yüz minlərlə insan prezident Recep Tayyip Erdoğanın çağırışıyla çevriliş cəhdinə qarşı ‘Demokratiya Növbətçiliyi’ adlandırılan növbəti nümayişində iştirak edir.

Təxminən 3 həftədir ki, hakim AK partiyasının davamçıları küçələrdə nümayişlər keçirir.

Image copyrightREUTERS

Bakı vaxtilə saat 5-də başlayan nümayişə prezident Erdoğan, baş nazir Binali Yıldırım, CHP sədri Kemal Kılıçdaroğlu, MHP lideri Devlet Bahçeli, sabiq prezident Abdullah Gül ve hərbiyyənin rəhbəri Hulusi Akar da qatılıb.

Image copyrightREUTERS

Mitinq zamanı 15 min polis və 15 min mülki polis və 2 helikopter təhlükəsizliyə nəzarət edir. Mitinqin başlamasına təxminən 2 saat qalmış artıq meydan dolmağa başlayıb, AFP agentliyi xəbər verir.

Bəzi mətbuat orqanları yazır ki, nümayişdə 3.5 milyona qədər insan iştirak edəcək.

Image copyrightREUTERS

İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd edilib, bundan sonra cənab Erdoğan cəhdə görə ABŞ-da yaşayan ruhani Fethullah Güleni ittiham edib. Cənab Gülen ittihamları rədd edir. Həmin gecə 34 nəfəri çevrilişçi olmaqla, 273 nəfər ölüb.

“Demokratiya və Şəhidlər Mitinqi” çağırışı ilə keçirilən tədbirə HDP sədrləri Selahattin Demirtaş və Figen Yüksekdağ dəvət edilməyib.

Image copyrightREUTERS

Prezident Erdoğan bununla bağlı jurnalistlərə deyib ki, “dörd qaydaya əməl edən hər qrupla, düşüncə ilə görüşərəm. Tək vətən, tək millət, tək dövlət, tək bayraq… Terrora bulaşmış, terrorla iç-içə olanlarla bir yerdə olmaram. Bu, mənim qırmızı xəttimdir”.

Image copyrightREUTERS

HDP sədr müavini İdris Baluken Twitter-də CHP lideri Kılıçdaroğlunun mitinqə qatılmasını tənqid edərək deyib ki, “AKP-CHP-MHP ortaqlığı yeni deyil, “dövlətin davamlılığı” və “terrorla mübarizə” adı altında 7 iyundan bəri kürdlərə qarşı olan bir ittifaqdır”.

Həmçinin oxuyun

Xudafərinin iqtisadi və geosiyasi əhəmiyyəti… (ŞƏRH)

Azərbaycan Ordusunun ardıcıl qələbəsi nəticəsində Xudafərin körpüləri işğaldan azad olunub. Bununla Azərbaycan tarixi torpağına qovuşmaqla …

Bir cavab yazın