Ana səhifə / Media / Bakıda yataqxananın tavanı çökdü – yaralananlar var

Bakıda yataqxananın tavanı çökdü – yaralananlar var

Bakının Xəzər rayonu ərazisində yataqxanalardan birində uçqun hadisəsi baş verib.
Yataqxana sakinlərinin Trend-ə verdiyi məlumata görə, hadisə rayonun Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı “Energetika yataqxanası”nda baş verib.
Axşam saatlarında yataqxanadakı otaqlardan birinin tavanı uçub. Hadisə nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü – Şəhla Məmmədova və 5 yaşlı uşaq xəsarət alıb. Tavandan qopan beton parçası 5 yaşlı uşağın başına düşüb və o, xəstəxanaya çatdırılıb.
Məlumata görə, hadisə baş verən yataqxana uzun illərdir ki, qəzalı vəziyyətdədir.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın