Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / “Türkiyə bu əməliyyatla bölgədəki rolunu artıracaq”

“Türkiyə bu əməliyyatla bölgədəki rolunu artıracaq”

Xəbər verdiyimiz kimi, Turkiyə ordusu bu gün səhər saatlarından Suriyanın Cerablus şəhərini İŞİD-dən təmizləmək üçün “Fərat Qalxanı” adı verilmiş hərbi əməliyyata başlayıb.
Politoloq Elxan Şahinoğlu Moderator.az-a açıqlamasında Türkiyənin başlatdığı bu hərbi əməliyyatı şərh edib.
E.Şahinoğlu bildirib ki, Türkiyə bu əməliyyatla bölgədəki rolunu artıracaq: 
“Suriyadakı proseslər birbaşa Türkiyəyə mənfi təsir edirdi. Silahlı kürd qruplaşmaları, Suriyanın dağılması, terror hadisələri və s. bunların hamısı Suriyadan Türkiyəyə təsir edirdi. Son zamanlar Rusiya, İran, ABŞ-ın orada varlığı mövcud idi, bu və ya digər dərəcədə hərbi əməliyyatlarda iştirak edirdilər. Bir tək Tükiyə aktiv deyildi. Ona görə də Türkiyə doğru qərar verdi, sərhəddə yaxın əraziyə qoşunları yeritdi və İŞİD-lə savaşa başladı.
İlk növbədə İŞİD artıq Türkiyədə böyük problemlər yaradırdı. Digər tərəfdən də, bu cür əməliyyatla Türkiyə artıq Suriyada öz varlığını da göstərir. Bununla da mesaj verir ki, Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır, Suriya ərazisində kürd dövlətinin yaranmasına imkan verməyəcək”.
Politoloq daha sonar vurğulayıb ki, Türkiyənin İŞİD-ə qarşı başlatdığı bu əməliyyat hər kəsin maraqlarına cavab verir:
“Əslində bu cür əməliyyat müxtəlif qüvvələrin maraqlarına da cavab verir, həmçinin də ABŞ-ın. Bu gün həm də ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyədədir, danışıqlar aparacaq. Bunun da çox müsbət bir təsiri olacaq. Digər tərəfdən bu əməliyyat Rusiyanın da, eləcə də Suriya hakimiyyətinin özünün də maraqlarına cavab verir. Baxmayaraq ki, Suriya prezidenti Bəşər Əsədlə Türkiyə hakimiyyəti arasında çox ciddi fikir ixtilafı var. Ancaq Bəşər Əsəd özü də bilir ki, Türkiyə Suriyanın parçalanmasını istəmir. Çünki Suriyanın parçalanması Türkiyənin maraqlarına cavab vermir”.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …

Bir cavab yazın