Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / İqtisadiyyat / Trampı evinin qabağında necə söyürlər…

Trampı evinin qabağında necə söyürlər…

Nyu-Yorkda , 5-ci Xiyabanda,  “Trump Tower” qülləsi ilə üzbəüz ABŞ-dakı prezident seçkilərinin qalibi Donald Trampın apartamentlərinin yerləşdiyi  binanın qarşısında artıq bir həftədir ki, qızğın etiraz nümayişləri səngimir.

Bu haqda haqqin.az saytı ilə əməkdaşlıq edən rusiyalı jurnalist Yevgeni Bay Amerikadan yazır.

Jurnalistin bildirdiyinə görə, nümayişçilər Trampın prezident seçilməsindən sonra cəmi iki gün “dincələ biliblər”-milyarder şou ulduzu Ağ Evdə indiki prezident Barak Obama ilə görüşmək üçün Vaşinqtona gedəndə.

Tramp zirehli maşınla və əli avtomatlı mühafizəçilərin müşaiyəti ilə geri qayıdanda isə onu 5 minə yaxın nümayişçi əllərində yeni seçilmiş prezidentin ünvanına kəskin şüarlar, hətta söyüş yazılmış plakatlarla qarsalayıblar.

Əməkdaşımız həmin aksiyanı izləyib, hərçənd ki, Trampın evinə yaxınlaşmaq hazırda çox çətindir. Küçə polis tərəfindən tam bağlanıb, “Trump Tower”in girişində isə avtomatlı, dəbilqəli, gecə görmə cihazlı xüsusi təyinatlılar yerləşdirilib.

Ancaq bu güclü mühafizə Trampa etiraz edənləri qızışdırmağa xidmət edir. Nümayişçilər əllərində “Sən bizim prezident deyilsən!”, “Putin marionetkasına impiçment!”, “Fuck You” (tərcüməsi etik səbəblərdən mümkün deyil) kimi şüarlar tutublar. Ancaq küçədə Trampın lehinə şüarlar səsləndirənlər də yox deyil.

Əməkdaşımız Amerikadan xəbər verir ki, Nyu-Yorkda Tramp əleyhinə nümayişlər əsasən dinc keçir, lakin Oreqon ştatının Portlend şəhərində nümayişçilər yol kənarında park edilmiş maşınları və mağazaları dağıdırlar. Belə hallarla indiyə qədər qara dərilinin polis tərəfindən güllələnməsindən sonra afroamerikanların nümayişləri zamanı rast gəlinirdi. Lakin yeni prezidentin seçilməsinə etiraz olaraq iğtişaşlar Amerika üçün nəsə yenidir.

Ara verməyən nümayişlər seçkiləri uduzmuş namizəd Hillari Klintonun bütün ölkə boyu fəal tərəfdarlarının olduğunu göstərir. Bəs belədirsə o, seçkiləri niyə uduzdu?

Əməkdaşımız bu barədə Sent-Lourens universitetindən professor Alan Dreyperin mövqeyini soruşub. O, deyib ki, əslində Tramp ümumxalq səsverməsini Klintona uduzub. Demokratların namizədi ondan 637 min çox səs yığıb. Lakin Amerikadakı ikipilləli seçki sistemi sayəsində seçicilər kollegiyasının üzvlərinin əksəriyyətinin dəstəyini qazanıb. “Səsvermənin nəticələri Amerika cəmiyyətinin necə qütbləşdiyini göstərir. Hillari Klinton seçicilərin 47.8 faizinin, Tramp isə 47.3 faizinin səsini alıb. Əgər Amerikada müasir seçki sistemi olsaydı Tramp prezident seçilməmiş olardı. İndi onun seçilməsi ilə Amerika tarixində çox həyacanlı dövr başlayıb. Dünyanın ən güclü dövlətini impulsiv, həddən artıq özündən razı adam idarə edəcək. Bu, əsl fəlakət reseptidir”-professor deyib.

Həmçinin oxuyun

Azərbaycanla İran “Ordubad” və “Marazad” SES-ləri ilə bağlı anlaşdı

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası …

Bir cavab yazın