Şənbə , Oktyabr 24 2020
Ana səhifə / İqtisadiyyat / “Terrorçunun sağ ələ keçməsi min bir sualın cavabı deməkdir” – İlham İsmayıl

“Terrorçunun sağ ələ keçməsi min bir sualın cavabı deməkdir” – İlham İsmayıl

Moderator az İstanbulda Yeni il  gecəsi  Reinada qətliam törətmiş Əbdülqadir Maşaripovun tutulmasını şərh etmək üçün təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıla müraciət edərək aşağıdakı dəyərləndirməni alıb:
“İstanbulda Yeni il axşamı 01.15-də 39 adamı öldürüb, 65 –ni yaralayan terrorçu 16 gündən sonra, təxminən qətli törətdiyi saatda – 00:15-də  tutuldu. Hər şeydən əvvəl onu deyək ki, bu işin son dərəcə əhəmiyyəti ondadır ki, terrorçu sağ ələ keçirilib. 2015-ci ildə Parisdə törədilən iki terror hadisəsi, 2016-cı ildə Nitsada və Belçika aeroportunda baş vermiş terror aktlarında, Berlindəki  terrorda, Rusiya səfiri qətlə yetiriləndə, sonuncu- Yerusəlimdə törədilən terror hadisəsində terrorun icraçılarını yalnız öldürməklə zərərsizləşdirmək mümkün olmuşdu. Ölən terrorçular özləri ilə vacib olan sirləri də aparıblar. Bir daha təkrar etmək lazımdır ki, İstanbulda həyata keçirilən əməliyyatın əhəmiyyəti terrorçunun sağ ələ keçməsidir. Bu əməliyyatın bir uğuru da ondadır ki, terror törədiləndən qısa zaman sonra icraçının kimliyi məlum oldu və konkret şəxsin axtarışına başlanıldı. Türkiyə təhlükəsizlik qüvvələrinin bu uğurlu əməliyyatı çox sirləri aşkara çıxaracaq və əvvəllər törədilmiş terrorların izinə düşüləcək, bundan sonra planlaşdırılmış terrorların da qarşısını almağa imkan vermiş olacaq. Şəbəkənin Türkiyədə və digər ölkələrdə, o cümlədən Azərbaycanda da mümkün üzvləri aşkarlana bilər.
Bu, uğurlu əməliyyat psixoloji cəhətdən Türkiyə dövlətini, ictimaiyyətini xeyli rahatlatdı, gələcək mübarizə üçün inam yaratdı deyə bilərik və əksinə olaraq da İŞİD, PKK, PYD kimi Türkiyədə fəal olan  terror təşkilatlarına ağır zərbə vurmuş oldu. İndi ikiqat sayıq olmaq lazımdır, çünki bir tərəfdən bu terrorçunu daxildə yönəldənlər, yardım edənlər, tanıyanlar bu xəbəri eşitdiyi andan gizlənmək, Türkiyəni tərk etmək üçün hərəkətə keçəcəklər, digər tərəfdən terror törətməklə yenidən dövləti, cəmiyyəti psixoloji  təzyiq altına sala bilərlər.
Azərbaycan təhlükəsiz qüvvələri üçün maraqlı ola biləcək informasiyaların da üzə çıxması mümkündür, çünki tutulan terrorçu beynəlxalq terror şəbəkəsinə mənsubdur və bu şəbəkədə bizim soydaşlarımızın da olması sirr deyil,  konkret hədəflərə çatmaq mümkündür.
Türkiyə təhlükəsizlik qüvvələrinin terror qarşı mübarizədə zəif olması fikri də bu əməliyyatla dağıldı və bir daha uğurlu əməliyyata görə Türkiyə istihbaratını, əməyi keçən bütün peşəkarları təbrik edir,  bu çətin mübarizədə uğurlar arzulayırıq”.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …

Bir cavab yazın