Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Davos forumunda fövqəladə hadisə: iştirakçılar otellərinə geri dönə bilmir

Davos forumunda fövqəladə hadisə: iştirakçılar otellərinə geri dönə bilmir

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda fövqəladə vəziyyət yaranıb. Virtualaz.org TASS-a istinadən xəbər verir ki, forumun iştirakçılarının çoxu dağlarda yaranmış yol insidenti nəticəsində otellərinə geri dönə bilməyib. Bu haqda agentliyə Rusiya nümayəndə heyətinin hadisənin şahidi olmuş üzvü bildirib.

Şahidlərin bildirdiyinə görə, Davos və Klosters kurortları arasında təxminən 12 kilometrlik yol bağlıdır. Forum iştirakçılarının əksəriyyəti Klostersdə yaşayır və tədbirə xüsusi təşkil olunmuş şattl-avtobuslarla gəlir. Lakin ötən gecə iki kurortu birləşdirən dağ yolunda baş vermiş hansısa insident nəticəsində hərəkət tamamilə dayanıb, yüzlərlə mikroavtobusdan və digər maşınlardan ibarət kalon hərəkətsiz qalıb. Polis ancaq təcili yardım maşınlarını buraxır. Hələlik insidentin nədən ibarət olduğu açıqlanmır.

Xatırladaq ki, Davos iqtisadi forumunda dünyanın 70-dən çox ölkəsindən nümayəndə heyəti, o cümlədən 30-a yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edir. Forumun iclasları bu gün başlamalıdır.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın