Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / İqtisadiyyat / Stokholmda terror: yük maşını piyadaların üstünə yeridi

Stokholmda terror: yük maşını piyadaların üstünə yeridi

Hadisə yerində olan “İsveç Radiosu”nun müxbirinin verdiyi məlumata görə, Stokholmda yük maşınının insanların üstünə yeriməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Xatırladaq ki, hələlik polis 3 nəfərin plümü barədə məlumatı təsdiqləyib.

*   *   *18:26

İsveç polisi Stokholmda terror aktını törətməkdə şübhəli olan şəxsi saxlayıb.

Virtualaz.org SVT telekanalına istinadən xəbər verir ki, hadisə yerindən bir qədər aralıda bir nəfər saxlanılıb.

Xəbər hələlik rəsmi mənbələr tərəfindən təsdiqini tapmayıb.

Polis terror aktı nəticəsində 3 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını bildirib.

*   *   *18:16

İsveçin Baş naziri Stefan Lofven Stokholmda baş vermiş hadisəni terror aktı olaraq adlandırıb.

*   *   *18:09

Polis Stokholmda baş verənləri mümkün terror aktı kimi qiymətləndirir.

Virtualaz.org xəbər verir ki, təsdiqini tapmamış məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən rayonda atəş səsləri barədə xəbərlər alıblar.

“Mən ən azı üç ölü gördüm, onların sayı çox da ola bilər. Burada tam bir xaos hökm sürür”, – “İsveç Radiosu”nun müxbiri canlı yayımda hadisə yerindən bildirib.

*   *   *17:35

İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü idarə etdiyi yük maşınını piyadaların üstünə sürüb.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər ölüb.

Başqa xəsarət alanlar da var.

Həmçinin oxuyun

Bakının hansı rayonunda daha çox ev satılır?

Yay mövsümündə Bakının təkrar mənzil bazarında satılacaq mənzillərin ən çoxu Yasamal rayonunun ərazisinə düşüb – …

Bir cavab yazın