Ana səhifə / Araşdırma / Əli İnsanovun məhkəməsi

Əli İnsanovun məhkəməsi

Bu gün Qaradağ Rayon Məhkəməsində həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı açılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Virtualaz.org saytının xəbərinə görə, məhkəmə nəzarətçiləri heç bir səbəb göstərmədən jurnalistləri iclasda iştirak etməyə buraxmayıblar.

Hazırda məhkəmə prosesi davam edir.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il həbs cəzası alıb.

2016-cı ilin oktyabrında Əli İnsanova qarşı Cinayət Məcəlləsinin üç maddəsi – 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması) maddələri ilə ittiham irəli sürülüb.

İttihamlar təsdiqlənərsə onu 3 ildən 7 ilə qədər əlavə həbs gözləyir.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın