Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Putin Ərdoğana: “Siz Türkiyədəki vəziyyəti tamamilə normallaşdıra biləcəksiniz”

Putin Ərdoğana: “Siz Türkiyədəki vəziyyəti tamamilə normallaşdıra biləcəksiniz”

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğanla görüşü zamanı Türkiyənin ciddi terror cinayətləri ilə üzləşdiyini bildirərək, hökumətin ölkədəki vəziyyəti tamamilə normallaşdıra biləcəyinə əmin olduğunu vurğulayıb.

“Biz Türkiyənin daxilindəki siyasi mühitin normalaşmasına şadıq”, – deyə Rusiya prezidenti Çinin Xançjou şəhərində başlayan “Böyük iyirmilik” (G-20) sammiti çərçivəsində Ərdoğanla görüşündə bildirib.

“Türkiyənin çətin vaxtlar yaşadığını, terrorçuluqla mübarizə apardığını və ciddi terror cinayətləri ilə üzləşdiyini görürük”, – deyə Putin bildirərək, Rusiyanın terrorla mübarizəyə dair mövqeyini dəfələrlə bildirdiyini qeyd edib.

“Əminəm ki, siz Türkiyədəki vəziyyəti tamamilə normallaşdıra biləcəksiniz, siz buna, demək olar ki, artıq nail olmusunuz”, deyə Putin qeyd edib.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın