Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Sahib Kərimli Əli Kərimlinin ardınca niyə iş çevirirmiş… – Onun AXCP-dəki nüfuzu Əli Kərimlidən çoxdur?

Sahib Kərimli Əli Kərimlinin ardınca niyə iş çevirirmiş… – Onun AXCP-dəki nüfuzu Əli Kərimlidən çoxdur?

Tanınmış hüquqşünas Aslan İsmayılov AXCP sədrinin keçmiş müavini Sahib Kərimlinin onun barəsində səsləndirdiyi atmacaya Moderator.az – a açıqlamasında maraqlı cavab verib:

“Birincisi, hər yerindən durana cavab vermək fikrim yoxdur. Sahib Kərimli adlı birisini birinci dəfə təxminən 1 il bundan qabaq tanımışam. Dəqiq vaxtını deyə bilmərəm. Ancaq bu Razi Nurullayev qalmaqalından az əvvəl idi. Bu adam mənə zəng edib özünü Əli Kərimlinin müavini kimi təqdim etdi və vacib məsələ ilə bağlı görüşmək istədiyini bildirdi. Tanımadığmdan görüşmək istəmirdim. Dəfələrlə zəng edəndən sonra Gənclikdəki evimin həyətinə gəldi. Məcbur olub görüşdüm. Birinci sualı belə oldu: “Aslan bəy, bu qədər böyük nüfuzunuz ola ola niyə bir partiya yaradıb siyasətə girmirsiniz. Qısaca dedim ki, belə fikirim yoxdur. Sonra uzun uzadı, bilmirəm düz, ya yalan danışdı ki, Əli Kərimlinin yolunda varidatını, böyük biznesini itirib. Partiyada onun nüfuzu Əli Kərimlidən çoxdur, o diktatura yaradıb və partiya üzvlərinin əksəriyyəti onun tərəfindədir. Söhbətin əhəmiyyətsiz olduğundan soruşdum ki, mənimlə hansı məsələ üzrə görüşmək istəmişdiniz? Cavab verdi ki, biz partiyanı ələ alacağıq, bizə dəstək olmanızı istəyirəm. Bir də xüsusi qeyd etdi ki, Əli Kərimli Sizə nifrət edir. Facebookda məni söyənləri Əli Kərimli öyrədib. Dediklərinin bəzilərinə inansam da bildirdim ki, onsuz da hakimiyyət Əli Kərimlini var gücü ilə əzir, sizə də buna qoşulmağı məsləhət bilmirəm. Həqiqətən o vaxt bir qrup AXC üzvləri bütün günü Facebookda haqqımda böhtan yazırdılar. Səhərisi gün rəhmətlik Həsən Kərimovla, Rahim Hacıyevlə danışıb iradımı bildirdim. Hər ikisi Əli bəyin o yazılardan xəbəri olmadığını bildirdilər və səhərisi gün AXCP-nin bu barədə bəyanatı oldu. Bu adam isə dəfələrlə yenə mənə zəng edib görüşmək istəsə də görüşmədim. Yadımdadır ki, elə həmin günləri bunun polislə hansısa problemi olmuşdu. Məndən müdafiə etməyimi xahiş etsə də imtina etdim. İndi belə birisinin haqqımdakı fikirlərinə mən nə deyə bilərəm?”

Xatırladaq ki, Sahib Kərimli ölkənin mövcud ictimai-siyasi ovqatını analiz etmək istəyərək həqiqətlərin çatdırılması üçün tanınmışlardan kiminsə İlham Əliyevlə görüşməsinin zəruriliyinə toxunub, gözlənilmədən Aslan İsmayılov haqqında “Bir dəfə belə fürsət Aslan İsmayılova verilib, təssüf ki, nəticəsiz oldu. Yəqin ki, hörmətli Aslan İsmayılov görüş boyu özünü tərifləyib, cəmiyyət problemlərinə vaxt qalmayıb. İlham Əliyevin də siftəsi kor olub, mənasız iş sayıb belə işləri” fikirlərini səsləndirərək əslində tanınmış hüquqşünasa sataşıb.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın