Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Prezident maviləri HƏDƏLƏDİ: “Hamınızın boğazını üzərəm”

Prezident maviləri HƏDƏLƏDİ: “Hamınızın boğazını üzərəm”

Qambiyanın lideri Yayya Camme birmənalı olaraq homoseksualları hamısını boğazlarını kəsəcəyi ilə hədələyib.

“Mən bu işi Qambiyada görən adamları öldürəcəyəm. Əgər bu dövlətdə bir kişi başqa kişi ilə evlənmək istəyirsə, biz onu ələ keçirəcəyik və onu bir daha heç kim görməyəcək”.Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, prezident ölkə boyu gəzintisi zamanı belə deyib.

Camme ötən ilin noyabr ayında homoseksualların ömürlük azadlıqdan məhrum edilməsi ilə bağlı qanun imzalayıb. Həyatın qalan hissəsini dəmir barmaqlıqlar arxasında SPİD-ə yoluxan geylər və lesbiyanlar, eləcə də qeyri-ənənəvi əlaqədə birinci dəfə olanlar keçirə bilərlər. Buna qədər isə Qambiyada homoseksuallar 14 ilə qədər azadlıqdan məhrum edilirdilər.

2008-ci ildə dövlət geylərə və lesbiyanlara ölkəni tərk etməyi məsləhət görüb, əks halda onlar baslarının kəsiləcəyi ilə hədələniblər.

1996-cı ildən Qambiyanın prezidenti postunu tutan Camme yalnız qeyri-ənənəvi yönlülərə qarşı fəal kampaniya başlatması ilə yox, həm də özünün qalmaqallı təşəbbüsləri ilə məşhurdur. Belə ki, 1999-cu ildə xalasının ölümünə görə cadugərləri günahlandırıb. O zaman ölkədə cadugərlərin “ovu” elan edilib.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın