Ana səhifə / İqtisadiyyat / Muqabedən Obamaya evlilik təklifi – Şok

Muqabedən Obamaya evlilik təklifi – Şok

Homoseksual evliliyi ABŞ-ın bütün əyalətlərində qanuniləşdirən və böyük əks-səda doğuran qərardan sonra çıxışında “Sevgi sevgidir” deyən Prezident Obamaya maraqlı təklif gəlib.

Axar.az xəbər verir ki, homoseksuallığın “qadağan” olduğu Zimbabvenin Prezidenti Robert Muqabe ABŞ Prezidenti Barak Obamaya evlilik təklif edəcəyini açıqlayıb.   Bir radio proqramında qonaq olan 91 yaşlı prezident zarafatla belə açıqlama verib:

“Bir az əvvəl qərar verdim. Homoseksualların haqlarını müdafiə etdiyinə və cazibədar görünüşü olduğuna görə ABŞ-ın paytaxtı Vaşinqtona gedəcəyəm və qarşısında diz çöküb Obamaya evlənmə təklif edəcəyəm”.

Xatırladaq ki, bir ara ciddiləşən və insanların Hz. İsanın fikirlərinə necə qarşı çıxa bildiyini anlamadığını söyləyən Prezident Vaşinqtonun da “ABŞ xalqını təhqir edən satanistlər” tərəfindən idarə olunduğunu demişdi.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın