Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Müdafiə nazirinin cangüdənləri son model avtomat silahla təmin edildi – FOTOLAR

Müdafiə nazirinin cangüdənləri son model avtomat silahla təmin edildi – FOTOLAR

Türkiyənin müdafiə naziri Fikri İşıq cangüdənlərini yerli istehsal olan MPT-55 markalı avtomat silahlarla təmin edib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Müdafiə nazirinin təlimatıyla yaxınlarda kütləvi istehsala başlanacaq yeni silahın bir çox üstünlükləri var:

“Son model yerli silahla təmin edilən cangüdənlər bundan sonra Fikri İşıqın təhlükəsizliyini daha etibarlı qoruyacaq”.

Xatırladaq ki, NATO standartlarına uyğun olaraq istehsal olunan MPT-55-lər 3.2 kq ağırlığındadır. Dəqiqədə 850 güllə atır, 400 metr məsafəni dəqiq vurur. Yeni silaha hər cür optik cihaz taxmaq mümkündür. Bundan başqa, MPT-55 avtomatik silah sərt soyuq və isti havada, eyni zamanda, qum, su, palçığın altında kilidlənmir, dəqiq hədəfləri vura bilir.

Həmçinin oxuyun

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – SİYAHI

Bu ilin ilk iki ayı ərzində Azərbaycana xarici ölkələrdən 61 milyon 158,5 min dollar dəyərində …

Bir cavab yazın