Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Qiyamət gününün əlaməti… – VİDEO

Qiyamət gününün əlaməti… – VİDEO

Ümumdünya Meteorologiya Təşkilatı rəsmi şəkildə nadir tip buludların varlığını etiraf edib və onları Beynəlxalq Bulud Atlası nəşrinə salıb.

Axar.az xəbər verir ki, qorxunc konturlar, insan üzlərini xatırladan buludlar çoxdan var idi, amma indiyə kimi düzgün tədqiq olunmamışdı.

Bəziləri bunları Qiyamət gününün yaxınlaşması və yaxud yadplanetlilərlə əlaqələndirirdilər.

9 il əvvəl bu cür buludlarla Bulud Həvəskarları Cəmiyyətinin yaradıcısı ingilis yazıçısı Hevin Pretor-Pinney maraqlanırdı. 2009-cu ildə o, onları “Undulatus asperatus” adlandırmağı təklif etdi.

Hevin Pretor-Pinney öz istəyinə yalnız 8 ildən sonra çatdı. Həmin bulud atlaslar jurnalına “asperitas” adı altında daxil oldular. Atlasa daha 11 tip bulud – volutus, flumen, fluctus və başqaları daxil olub.

Qeyd edək ki, Beynəlxalq Bulud Atlası ilk dəfə 1896-cı ildə nəşr olunub. Sonuncu dəfə yeni bulud tipi jurnala 1951-ci ildə salınıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın