Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Mixail Saakaşvili: “Biz ruslarla döyüşürük”

Mixail Saakaşvili: “Biz ruslarla döyüşürük”

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vileyətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib ki, ABŞ prezidenti Donald Trampın Ukraynanın ABŞ-dakı seçkilərə müdaxilə barədə danışmağa haqqı var. Virtualaz.org xəbər verir ki, bu barədə o, CNN telekanalına danışıb.

“Məsələn, cənab Tramp Ukrayna barədə nəsə söyləyib. Biz Ukraynada ABŞ tərəfindən Ukrayna xalqının dəstəklənməsini qiymətləndiririk. Biz ruslarla döyüşürük. Dünya ukraynalıların qəhrəmancasına müqavimətinin qiymətini verməlidir, lakin digər tərəfdən, prezident Tramp haqlıdır. Bəzi ukraynalı oliqarxların başladığı çirkin oyunlar baş verir”, – Saakaşvili vurğulayıb.

Xatırladaq ki, iyulun 25-də Donald Tramp Ukrayna hökumətinin prezident seçkiləri dövründə namizəd Hillari Klintona göstərdiyi dəstəyi araşdırmağın lazım olduğunu yazmışdı.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın