Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Kürd toyunda partlayışa görə İD ittiham edilir

Kürd toyunda partlayışa görə İD ittiham edilir

Türkiyədə azı 50 nəfərin ölümü ilə nəticələnən partlayışın özünü “İslam Dövləti” (İD) adlandıran qrupun həyata keçirməsi ehtimalı var, prezident Recep Tayyip Erdoğan deyib.

Partlayış Gaziantep şəhərində küçədə keçirilən kürd toyu zamanı bombalı intiharçı tərəfindən gerçəkləşib.

Hadisə nəticəsində 100 nəfərdən çox insan xəsarət alıb.

Image copyrightREUTERS

Əsasən kürdlərin məskunlaşdığı Gaziantep şəhəri Suriya sərhədinin 60 kilometrliyində yerləşir və orada bir neçə İD özəklərinin olduğu güman edilir.

BBC müxbiri Şeref İşler hazırda Gaziantepin cənub istiqamətində kürd silahlı birləşmələri ilə İD yaraqlıları arasında döyüşlər getdiyini qeyd edir.

Image copyrightSTR

May ayında da bu şəhərdə iki polisin həlak olmasına səbəb olan bomba hücumunun İD tərəfindən törədildiyinə dair mülahizələr söylənilir.

Daha əvvəl, şənbə günü, Türkiyənin baş naziri Binali Yıldırım Ankaranın Suriyada hərbi ixtilafın aradan qaldırılması prosesində daha fəal rol oynamaq niyyətində olduğunu bəyan etmişdi.

Image copyrightSTR

Cənab Erdoğan yerli mediada çap edilmiş bəyanatında deyir ki, İD, PKK-çı kürdlər və ötən ay baş vermiş çevrilişə cəhddə ittiham etdiyi ABŞ-da yaşayan ruhani Fethullah Gülen tərəfdarları arasında “fərq yoxdur”.

“Ölkəmizin və xalqımızın bizə hücum edənlərə yenə də bir mesajı var – siz qazanmayacaqsınız!” o deyib.

Gaziantep qubernatorunun bəyanatında partlayış “dəhşətli terror hücumu” adlandırılır.

Xalqların Demokratik Partiyasından (HDP) deputat Mahmut Toğrul deyib ki, toy onların üzvlərinin birinə aid imiş. BBC

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın